Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi açılıb

Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi açılıb
# 25 dekabr 2012 19:09 (UTC +04:00)

Bakı – APA. Qazaxıstanda Sərhəd Xidmətinə məxsus “An-72” tipli hərbi təyyarənin qəzaya uğraması ilə bağlı “uçuş və ya uçuşa hazırlıq qaydalarının pozulması” maddəsi ilə cinayət işi açılıb .

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri Qazağısan Hərbi Prokurorluğu yayıb.

Qeyd edək ki, təyyarədə olan 7 ekipaj üzvü və 20 hərbçinin hamısı ölüb. Həlak olanlar arasında Qazaxıstan Sərhəd Xidmətinin direktoru, polkovnik Turqanbek Stambekovun olduğu bildirilir.

Təyyarə Astana-Şımkent marşrutu üzrə reys yerinə yetirərkən qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR