Azərbaycan ərazisində dumanlı və çiskinli hava davam edəcək, bəzi yerlərdə yağış yağacaq

Azərbaycan ərazisində dumanlı və çiskinli hava davam edəcək, bəzi yerlərdə yağış yağacaq
# 23 noyabr 2012 11:17 (UTC +04:00)

Noyabrın 24-də isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 6-10, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 24-də bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 24-25-də ölkə ərazisinin hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Havanın temperaturu noyabr ayının iqlim norması daxilində olacaq. Mülayim şərq küləyi əsəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR