Azərbaycanda «Bıstraya Poçta» pulköçürmə sisteminin fəaliyyəti dayandırılıb

Azərbaycanda «Bıstraya Poçta» pulköçürmə sisteminin fəaliyyəti dayandırılıb
# 07 dekabr 2012 14:22 (UTC +04:00)

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar olaraq Mərkəzi Bank 2012-ci il dekabrın 10-dan Azərbaycanda fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətləri dayandırılmağı tapşırıb.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pulköçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilib, əks təqdirdə Azərbaycanda fəaliyyət göstərən bütün banklara həmin pulköçürmə sistemləri ilə işgüzar münasibətlərin dayandırılması tapşırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR