Azərbaycan zərgərləri beynəlxalq sərgiyə dəvət olunub

Azərbaycan zərgərləri beynəlxalq sərgiyə dəvət olunub
# 22 dekabr 2012 15:12 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin fevralın 7-10-da Tehranda II Beynəlxalq «Qızıl, gümüş və qiymətli daşlar texnologiyası, emalatxanalar, makinalar, əlaqədar avadanlıqlar və sənaye» sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sərgi ilə tanışlıq və eləcə də investisiya və ticarət məsələləri ilə bağlı danışıq aparmaq məqsədilə Azərbaycandan investisiya, ticarət və marketinq sahəsi üzrə nümayəndələr sərgiyə dəvət olunur. Qonaqların yerləşdirilməsi və sərgiyə gediş-gəliş ev sahibliyi edən qurum tərəfindən təmin ediləcək.


Sərgi haqqında ətraflı məlumatı İranın Azərbaycandakı səfirliyindən əldə etmək olar.
Əlaqə telefonu: (+994 12) 492-19-64.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR