İrandan Azərbaycana xeyli miqdarda heroin keçirməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

İrandan Azərbaycana xeyli miqdarda heroin keçirməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
# 06 dekabr 2012 09:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində təqsirli bilinən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, İlxanlar Qasımi 14 il, Mahir Şəbiyev 13 il 6 ay, Elşən Əməşov 13 il, onun qardaşı Eldar Əməşov 13 il, Əbülfəz Nəhmədov 11 il, Vüsal Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları Əməşov Eldar Ehtimad oğlu, Əməşov Elşən Ehtimad oğlu, Nəhmədov Əbülfəz Əli oğlu, Məmmədov Vüsal Həzrət oğlu və İran vətəndaşı Qasimi İlxanlar Abdulla Böyük oğlu saxlanıb, onlardan 4 kiloqrama yaxın heroin götürülüb.

Məlum olub ki, Eldar və Elşən Əməşovlar, Əbülfəz Nəhmədov, Vüsal Məmmədov, Qasimi İlxanlar Abdulla və qeyriləri qabaqcadan əlbir olaraq narkotik vasitəni gizli yolla İrandan Azərbaycana gətiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR