ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 13 noyabr 2012 09:47 (UTC +04:00)

Bakı – APA. ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və dünyada baş verən bir sıra siyasi hadisələrə münasibət bildirilib.

ABŞ-da keçirilə prezident seçkilərində demokratların qələbəsi münasibətilə prezident Barak Obamaya təbrik məktubu göndərilməsini qərara alan İdarə Heyəti üzvləri bu seçkilərin dünya demokratiyasına bir daha nümunə olduğunu, habelə Obama administrasiyasının ikinci dönəmdə dünyada demokratiyanın dəstəklənməsi, Şərqdə və keçmiş SSRİ məkanında xalqların avtoritar rejimlərdən qurtulması üçün daha ciddi səylər göstərəcəyinə ümid etdiklərini qeyd ediblər.

İdarə Heyəti razılaşdırılmamış kütləvi aksiyalarda iştirakla bağlı yüksək cərimələrin tətbiqini pisləyib.

İclasda “Kür” Vətəndaş Cəmiyyəti QHT koalisiyasının hesabatı, Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin açıqladığı faktlar, Suriya müxalifətinin birləşdirici toplantı keçirməsinə də münasibət bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR