Gürcüstan parlamentinin azərbaycanlı deputatı və Azərbaycan səfirliyinin konsulu Marneulidə azərbaycanlıların problemlərini dinləyiblər - FOTO

Gürcüstan parlamentinin azərbaycanlı deputatı və Azərbaycan səfirliyinin konsulu Marneulidə azərbaycanlıların problemlərini dinləyiblər   - <span style="color: red;">FOTO
# 27 noyabr 2012 14:40 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. “Son günlər Azərbaycanın miqrasiya xidməti Gürcüstanda yaşayan və Azərbaycana işləmək üçün gedib-gələn vətəndaşlara bürokratik əngəllər törədir, onlar cərimələyir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirlər “Gürcü Arzusu” koalisiyasından deputat seçilən Mahir Dərziyev və Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulu Fərhad Məmmədovun Marneulidə ictimaiyyət nümayəndələri ilə görüşdə səsləndirilib. Sakinlər hətta Azərbaycanda əyani təhsil alan gürcüstanlı tələbələrin cərimələndiyini bildiriblər.

Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynov Azərbaycan səfiri ilə tez-tez görüşməyin vacib olduğunu vurğulayıb: “Bizim burdan heç yana köçmək niyyətimiz yoxdur. Bu torpaq bizə ulu babalarımızdan qalıb. Mən Azərbaycan sərhədini rahat keçə bilmirəm. Süni baryerlər yaradırlar”.

Deputat Mahir Dərziyev miqrasiya ilə bağlı qanunlarda sadələşdirmə aparılmasını, “Sınıq Körpü” gömrük postunda baş verənlər haqqında səfirlikdə “qaynar xətt” yaradılmasını təklif edib və konsul Fərhad Məmmədovdan problemlər haqqında səfirə məlumat verməsini xahiş edib.

Tədbirin sonunda ictimaiyyət nümayəndələri bu və ya digər problemlər barədə Azərbaycan hökumətinə müraciət ünvanlamağı qərarlaşdırıblar.

F. Məmmədov problemlər haqqında səfirə məlumat hazırlayacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR