Moskvada Heydər Əliyevin bu günə kimi nümayiş olunmayan şəkillərindən ibarət sərgi keçirilib - FOTOSESSİYA

Moskvada Heydər Əliyevin bu günə kimi nümayiş olunmayan şəkillərindən ibarət sərgi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 dekabr 2012 20:45 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında “Heydər Əliyev. Naməlum şəkillər” adlı sərgi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə “Ukrayna-Radisson” hotelində keçirilən sərgidə Azərbaycan Milli Məclisinin deputatları, xarici ölkələrin Rusiyadakı səfirləri, Dövlət Dumasının deputatları, Rusiya Federasiya Şurasının üzvləri, görkəmli ictimai və siyasi xadimlər iştirak ediblər.

Sərgi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunub.

Sərgidə qonaqlara mərhum prezident Heydər Əliyevin indiyə qədər heç yerdə nümayiş olunmayan fotoları təqdim olunub. Fotolar 1984-cü ildə İrkutsk şəhərinin “Vostoçno-Sibirskaya pravda” qəzetinin fotomüxbiri Valeriy Karasev tərəfindən lentə alınıb. Valeriy Karasev həmin vaxt SSRI Nazirlər Kabineti sədrinin müavini olan Heydər Əliyevi Baykal-Amur Magistralının tikintisi zamanı keçirdiyi görüşlərdə müşayiət edib. Bu zaman o, 1600-dən çox foto lentə alıb. V. Karasev həmin fotoları bir müddət əvvəl Azərbaycanın Rusiyadakı səfirliyinə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR