Hava meteohəssas insanlar üçün əlverişli olacaq

Hava meteohəssas insanlar üçün əlverişli olacaq
# 17 dekabr 2012 10:46 (UTC +04:00)

Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 18-də gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 20-25, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 18-dən 20-dək Abşeron yarımadasında havanın temperaturunun tədricən yüksəlməsi gözənilir və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR