Bakıda naməlum şəxs 58 yaşlı qadının başına küt alətlə vuraraq onu qarət edib

Bakıda naməlum şəxs 58 yaşlı qadının başına küt alətlə vuraraq onu qarət edib
# 18 iyul 2015 09:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda quldurluq hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 39 ünvanında qeydə alınıb.

Naməlum şəxs Bakı şəhər sakini, 1957-ci təvəllüdlü Aişə İsmayılovanın baş nahiyəsinə küt alətlə vurub. Daha sonra ona məxsus, içərisində 2 min ABŞ dolları və mobil telefon olan çantanı əlindən alıb, qızıl boyunbağı və sırğanı qopararaq hadisə yerindən uzaqlaşıb.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR