Azərbaycan investorları Rusiyada yeni müəssisələr açmaq niyyətindədir - FOTO

Azərbaycan investorları Rusiyada yeni müəssisələr açmaq niyyətindədir - <span style="color: red;">FOTO
# 21 noyabr 2012 11:07 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Son zamanlar Azərbaycan investorlarının Rusiya bazarına marağı artıb. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.

Onun sözlərinə görə, Azərbaycandan olan investorlar artıq Rusiyada çay istehsalı zavodu, konserv zavodu kimi müəssisələr inşa edib və fəaliyyət göstərirlər: «Yaxın gələcəkdə bir Azərbaycan şirkəti Rusiyada 5 zavoddan ibarət üzlük tikinti materialları istehsalı kompleksi inşa edəcək ki, layihənin ümumi dəyəri 30 mln. avro təşkil edir. Bundan başqa, həmin şirkət Qaraçay-Çərkəsdə qips yataqlarının işlənməsi ilə də məşğul olacaq».

Y.Şedrin Rusiya şirkətlərinin də Azərbaycanda fəaliyyətinə toxunub və bildirib ki, hazırda Azərbaycanda Rusiya kapitallı 500-dən artıq müəssisə və təşkilat fəaliyyət göstərir. Onlardan 200-ə yaxını 100% Rusiya kapitallıdır, 300-dən çoxu isə birgə müəssisə şəklində fəaliyyət göstərir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR