Bakıda avtomobilin vurduğu piyada xəstəxanada keçinib

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada keçinib
# 12 dekabr 2012 10:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Sabunçu Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, dekabrın 10-da Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində, İmişli rayon sakini Binnət Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən, yolu keçən Bakı şəhər sakini Ədalət Rzayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 11-də orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR