Avropa Birliyi: Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa Birliyi üçün əsas prioritet olaraq qalır

Avropa Birliyi: Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa Birliyi üçün əsas prioritet olaraq qalır
# 17 dekabr 2012 12:27 (UTC +04:00)

APA-nın AB mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, iclasın gedişində Avropa Birliyi bir daha təsdiqləyib ki, status-kvo vəziyyətinin davam etməsi yolverilməzdir və münaqişənin nizamlanması AB üçün əsas prioritet olaraq qalır. Hər iki tərəf ATƏT-in Minsk Qrupunun səylərinə dəstək verdiklərini ifadə ediblər.

AB nümayəndələri münaqişənin həllinə dair etimad mühitinin formalaşdırılmasında Avropa Birliyinin dəstəkverici rolunu qeyd edib, həmçinin qoşunların təmas xəttində atəşkəs rejiminin pozulmasından narahatlıq ifadə ediblər.

“Avropa Birliyi stabilliyin qorunması üçün tərəfləri gərginliyin artmasına gətirib çıxara biləcək aqressiv, hərbi xarakterli bəyanatlar verməkdən və addımlar atmaqdan çəkinməyə çağırır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR