Bank Of Baku

“ANS Akademiyası” kursantlarının buraxılış mərasimi keçirilib - FOTO

“ANS Akademiyası” kursantlarının buraxılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 12:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “ANS Akademiyası” növbəti dəfə kursantlarının buraxılış mərasimini keçirib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ANS TV-nin əməkdaşı Nigar Mahmudova bildirib ki, akademiya fəaliyyəti dövründə bir sıra uğurlara imza atıb və hər il ənənəvi olaraq məzunlarının buraxılış mərasimi keçirilir: “Bu gün isə “ANS Akademiyası” rejissor, qrafik, dizayn və operatorluq kursları məzunlarının buraxılış gününü qeyd edir. 278 nəfərin təqdim etdiyi sənədlər arasından müsahibə yolu ilə 46 nəfər müxtəlif kurslara qəbul olunub. Dərslər tələbələrə professional heyət tərəfindən tədris olunub. Onların keçdiyi təcrübənin müsbət cəhəti odur ki, yekun olaraq, həmin tələbələrdən işə yararlı olanları müəyyən edilib. Belə ki, Rejissorluq kurslarından 8, Qrafik-dizayn kurslarından 14, Operatorluq kurslarından isə 6 nəfər seçilərək işlə təmin olunacaqlar”.

 

Sonra rejissor kursantların hazırladığı filmlər təqdim olunub və münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Kursantlar ANS TV rəhbərliyi tərəfindən diplom və mükafatlarla təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR