Bank Of Baku

“Reytinq” qəzetinin əməkdaşı vəfat edib

“Reytinq” qəzetinin əməkdaşı vəfat edib
# 18 yanvar 2014 08:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın tanınmış jurnalisti, mədəniyyət sahəsində yazılar yazan “Reytinq” qəzetinin əməkdaşı Elşad Ümid bu gecə səhərə yaxın, 05:00 radələrində vəfat edib. Jurnalistin qardaşı Azad Məmmədov APA-ya açıqlamasında bildirib ki, xeyli vaxtdır Hepatit C xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, jurnalist ürək tutmasından dünyasını dəyişib.

 

A. Məmmədov deyib ki, 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunan qardaşı bir çox xəstəlikdən əziyyət çəkirdi: “Onun ağciyər pnevmoniyası da vardı. Dekabrın 31-də ağrıları başlamışdı. Həkimlər diaqnoz qoymuşdular ki, bu xəstəliklərlə bir aydan çox yaşaya bilməyəcək”.

 

Mərhum bu gün Xırdalan qəbristanlığında dəfn olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR