KİVDF: Jurnalistlər yeni mənzillərinə əşya və mebellər yerləşdirə bilərlər

 KİVDF: Jurnalistlər yeni mənzillərinə əşya və mebellər yerləşdirə bilərlər
# 11 sentyabr 2013 13:45 (UTC +04:00)

FHN-in rəyi hazır olduqdan sonra sənədlər orderin alınması üçün Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunacaq.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan bildirilib ki, artıq sakinlər mənzillərinə əşyaları, mebelləri yerləşdirə bilərlər. Sənədləşmə işləri tamamlandıqdan sonra binada mənzil almış jurnalistlər Fonda çağırılaraq onlara mənzillərin orderləri və açarlar veriləcək.

Qeyd edək ki, avqustun sonlarında jurnalistlər üçün binanın inşa edildiyi küçəyə ünvan verilib. Binanın yerləşdiyi küçə Yeni Salyan yolu adlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR