Azərbaycan prezidenti Avstraliyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan prezidenti Avstraliyanın xarici işlər naziri ilə görüşüb
# 03 fevral 2012 23:15 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, görüşdə Avstraliyanın xarici işlər naziri Kevin Rud ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişafında maraqlı olduğunu bildirib, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin dünyanın əksər dövlətlərinin ölkəmizə dəstəyinin nümunəsi olduğunu deyib.
Dövlət başçısı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
Görüşdə ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR