Dövlət Miqrasiya Xidmətinin rəisi BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Dövlət Miqrasiya Xidmətinin rəisi BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
# 18 iyul 2012 14:51 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şerin Pollinini qəbul edib.

DMX-dən APA-ya verilən məlumata görə, Firudin Nəbiyev rəhbəri olduğu qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığından danışaraq BQXK-nin müharibə zonasında yaşayan şəxslərin müəyyən problemlərinin həlli istiqamətində fəaliyyətini müsbət qiymətləndirib və keçirilən ikitərəfli görüşlərin tərəflər üçün əhəmiyyətli olacağına əminliyini bildirib.

BQXK-nin 1992-ci ildən Azərbaycanda fəaliyyətə başladığını qeyd edən Şerin Pollini təşkilatın Azərbaycandakı fəaliyyət istiqamətləri haqqında ətraflı danışaraq əsasən humanitar fəaliyyətlə məşğul olduqlarını bildirib. Ş. Pollini Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər barəsində axtarış sorğularının aparılması, əsir və girov götürülmüş şəxslərin qaytarılması istiqamətində işlər apardıqlarını vurğulayıb.

Görüş zamanı ikitərəfli əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR