Azərbaycanın bütün sürüşmə sahələrində monitorinqlər keçirilir

Azərbaycanın bütün sürüşmə sahələrində monitorinqlər keçirilir
# 10 oktyabr 2014 14:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın cənub zonasında - Lənkəran, Lerik, Astara Yardımlı, Masallı ərazilərindəki mövcud olan sürüşmə sahələrində monitorinqlər aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, yaxın günlərdə respublikanın şimal bölgəsində olan rayonlardakı mövcud sürüşmə sahələrində də monitorinqlər başlanacaq. Onun sözlərinə görə, monitorinqlər nəticəsində sürüşmə sahələrində nə dərəcə dəyişiklərinin müşahidə olunduğu aşkarlanacaq. S.Əmiraslanov qeyd edib ki, oktyabrın sonuna kimi bütün ölkə üzrə mövcud olsan sürüşmə sahələrindəki monitorinqlər yekunlaşacaq: “Yağışlar artandan sonra sürüşmə sahələrində daha mütəmadi monitorinqlər aparılıb. Monitorinqlər ilkin olaraq Şamaxı, İsmayıllı rayonlarında başlayıb. Sonra cənub zonası üçün monitorinqlər davam etdirilib, digər rayonlar üzrə monitorinqlər davam etdiriləcək. Yay aylarında havanın quraq keçməsi nəticəsində aktivləşmə müşahidə olunmayıb. Lakin mövcud çatlarda genişlənmələr əmələ gəlib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR