Lahdar Brahimi: “Qurban bayramında atəşkəslə bağlı çağırışlarımızı Suriyada eşidən olmadı” - FOTO

Lahdar Brahimi: “Qurban bayramında atəşkəslə bağlı çağırışlarımızı Suriyada eşidən olmadı” - <font color=red>FOTO</font>
# 29 oktyabr 2012 12:03 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Çox təəssüf olsun ki, Qurban bayramında atəşkəslə bağlı çağırışlarımızı Suriyada eşidən olmadı”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Moskvada səfərdə olan BMT Təhlükəsizlik Şurası (TŞ) və Ərəb Liqasının xüsusi nümayəndəsi Lahdar Brahimi Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

L. Brahimi bütün bunlara baxmayaraq münqaişə tərəfləri ilə müzakirələri hələ də davam etdirdiklərini söyləyib: “Təəssüf ki, tərəflər bizim atəşkəslə bağlı çağırışımıza qulaq asmadılar. Yenidən silaha əl atdılar. Nəticədə çoxlu sayda dinc sakin həlak oldu”.

Xüsusi nümayəndə Suriyada konfliktin həllinə kömək üçün süulhməramlı qüvvələrin yerləşdiriləcəyi ilə bağlı yayılan məlumatları da şərh edib. Əlcəzairli diplomat TŞ-nın belə bir qərarının hələ olmadığını söyləyib: “BMT Təhlükəsizlik Şurası bu haqda qərar qəbul etsə, biz buna dəstək verərik. Hal-hazırda belə bir qərar yoxdur”.

Rusiya XİN başçısı Sergey Lavrov da BMT TŞ-nin Suriya ərazisində sühməramlı qüvvələrin yerləşdirilməsi haqqında qərarının olmadığını söyləyib: “Bu qərarı BMT TŞ ancaq Suriya dövləti ilə razılaşdırdıqdan sonra qəbul edə bilər”.

S. Lavrov Suriya münaqişəsinin tənzimlənməsi prosesində xarici qüvvələri diqqətli olmağa çağırıb. O, Cenevrədə əldə olunan razılığa əməl etməyin vacib olduğunu söyləyib: “Rusiya yeganə ölkədir ki, münaqişənin tənzimlənməsi prosesində həm Suriya hökuməti ilə, həm də müxalifət ilə danışıqlar aparır. Suriya hökuməti ilə danışıqlar aparmadan münaqişənin həllində nəsə irəliləyiş əldə etmək mümkün deyil”.

L. Brahimi Suriyada vətəndaş müharibəsinin getdiyi söyəyib: “Münaqişə tərəfləri bu muharibənin vətəndaş müharibəsi olmadığını söyləyirlər. Hökumət terrorçularla mübarizə apardığını, vətəndaşlarını onlardan qoruduğunu söyləyir. Müxaliflər isə Əsəd rejiminə qarşı mübarizə apardıqlarını söyləyirlər. Bütün dünya ictimaiyyətini Suriya münaqişəsinin həllinə kömək etməyə çağırıram. Suriyada dinc insanların qırılmasına son qoyulmalıdır. Muharibə sona çatmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR