Müstəntiq: “Tərlan Dağlı ifadəsində Ulvira Qarayevanın ondan boşanmasına etiraz olaraq özünü bıçaqladığını bildirib”

Müstəntiq: “Tərlan Dağlı ifadəsində Ulvira Qarayevanın ondan boşanmasına etiraz olaraq özünü bıçaqladığını bildirib”
# 02 mart 2012 09:31 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında ANS-in “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı Tərlan Mustafayevin (Dağlı) intihara cəhd etməsi ilə bağlı işin təhqiqatını aparan Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Hikmət Vəliyev deyib.

Müstəntiq T. Mustafayevin özünə xəsarət yetirməsi ilə bağlı toplanmış materialların Sabunçu Rayon Prokurorluğuna göndərildiyini, yaxın günlərdə onun əməlinə hüquqi qiymət veriləcəyini qeyd edib. Böyük ehtimalla Sabunçu rayon Prokurorluğu tərəfindən T. Mustafayevin barəsində özünə qəsd etmə maddəsi ilə cinayət işi başlana bilər.

H. Vəliyev T. Mustafayevin mətbuata açıqlama verərək özünə xəsarət yetirən şəxsin o olmaması barədə dediklərinə də münasibət bildirib: “Bu məlumatlar həqiqətə uyğun deyil. Özünə xəsarət yetirən şəxs Tərlan Ağa oğlu Mustafayevdir. Onun və ailə üzvlərinin ifadəsi alınıb. Bir daha qeyd edirəm ki, Tərlan həyat yoldaşı Ulvira Qarayevanın ondan ayrılmaq istədiyi üçün bu addımı atdığını etiraf edib”.

Qeyd edək ki, sözügedən hadisə fevralın 26-dan 27-ə keçən gecə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi, ev 6-nın qarşısında qeydə alınıb. 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

T. Mustafayev son 2 ayda artıq üçüncü dəfədir ki, naməlum şəraitdə bıçaqlanır.

Xatırladaq ki, bıçaqlanan T. Mustafayev meyxanaçıdır, Tərlan Dağlı kimi tanınır.

T. Mustafayev ötən gün mətbuata açıqlama verərək bıçaqlanan şəxsin o olmadığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR