“SOCAR Georgia petroleum” neft şirkətləri arasında Gürcüstanın dövlət büdcəsinə ən böyük vergiödəyici nominasiyasına sahib olub

“SOCAR Georgia petroleum” neft şirkətləri arasında Gürcüstanın dövlət büdcəsinə ən böyük vergiödəyici nominasiyasına sahib olub
# 04 fevral 2012 02:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Fevralın 3-də Gürcüstan paytaxtındakı “Kortiard Mariott” mehmanxanasında neft şirkətləri arasında ən böyük vergiödəyicilərin mükafatlandırma mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 10 nominasiya üzrə qalib çıxan şirkətlərə mükafatlar təqdim edilib. Tədbirdə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, “SOKAR Georgia petroleum”un direktoru David Zubitaşvili və digər nümayəndələr iştirak edib. Məlumata görə, neçə ildir ki, neft şirkətləri arasında ən böyük vergiödəyici hesab edilən “SOCAR Georgia petroleum” hər il ilin ən böyük vergiödəyiciləri arasında liderlik edir. Şirkət 2006-cı ildən başlayaraq Gürcüstanın büdcəsinə 775,44 mln lari (1 lari = 0.59 ABŞ doılları) vergi ödəyib.
İndiyədək “SOCAR Georgia petroleum” Gürcüstanda yanacaq doldurma məntəqələrinə və eyni zamanda digər layihələrə 53,423 mln lari investisiya qoyub. Məlumata görə, 7 il ərzində Gürcüstan bazarına “SOCAR Georgia petroleum” şirkəti 183, 92 mln laridən çox investisiya qoyub. Şirkət eyni zamanda ölkədə yanacaq doldurma məntəqələrində ən yüksək standartlara uyğun infrastruktur yaradıb.
Qeyd edək ki, hər il tikilən yeni-yeni yanacaq doldurma məntəqələri soydaşlarımızın yaşadığı bölgələrdə də istifadəyə verilir və bu məntəqələrdə soydaşlarımız da işlə təmin olunurlar.
Tədbirdə “SOCAR Georgia petroleum” şirkətinin 2011-ci ildə Gürcüstanın dövlət büdcəsinə 197, 633 mln.lari vergi ödədiyi bildirilib və şirkət “İlin ən iri investisiya yatıran şirkəti” elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR