Rusiyada ilk dəfə gimnaziya bazasında Azərbaycan sinfi açılıb

Rusiyada ilk dəfə gimnaziya bazasında Azərbaycan sinfi açılıb
# 01 oktyabr 2012 14:01 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Yekaterinburqda Rusiyada ilk Azərbaycan sinfinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycanın Yekaterinburqda baş konsulu Sultan Qasımov, Sverdlovsk vilayəti qubernatoru administrasiyasının rəhbəri Yakov Silin, Sverdlovsk vilayətində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski iştirak ediblər.

Tədbirdə çıxış edənlər vilayətdə 50 mindən artıq azərbaycanlının yaşadığını bildirib, Azərbaycan sinfinin açılmasında göstərdiyi yardıma görə, vilayət rəhbərliyinə təşəkkür ediblər. Sinifdə dərslər Azərbaycan dilində aparılacaq. Hələlik sinifdə 8 azərbaycanlı şagird təhsil alır. Sinif 108 saylı gimnaziyanın bazasında yaradılıb. Bu gimnaziyada 10 il Azərbaycan bazar günü məktəbi fəaliyyət göstərib. Bu məktəbdə şagirdlərə Azərbaycan mədəniyyəti, məişəti, adət-ənənələri və tarixi tədris edilib. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gimnaziyaya baş çəkib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR