Bank Of Baku

Azərbaycanın tanınmış televiziya jurnalisti vəfat edib - FOTO

Azərbaycanın tanınmış televiziya jurnalisti vəfat edib  - <span style="color: red;">FOTO
# 16 noyabr 2013 09:29 (UTC +04:00)

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasından APA-ya verilən məlumata görə, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycanda rusdilli telejurnalistika məktəbinin əsasını qoymuş dövlət mükafatı laureatı Nina Yarova İsrailin Beer-Şeva şəhərində vəfat edib.

 

Qeyd edək ki, 1956-cı ildə Azərbaycan Dövlət Televiziyası fəaliyyətə başlayan gündən orada çalışıb və telekanalda rusdilli verilişin ilk redaktoru olub. Eyni zamanda uzun illər Azərbaycan Dövlət Kinostudiyasında sənədli və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. 1961-ci ildə o vaxt çox da tanınmayan gənc müğənni Müslüm Moqamayev haqqında ilk sənədli film çəkilib.

 

N. Yarova İsrailə köçdükdən sonra jurnalistika sahəsində fəaliyyətini davam etdirib, İsrail Dövlət Radiokanalının (REKA) müxbiri olub.

 

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası Nina Yarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR