SSRİ xalq artisti Lyudmila Kasatkina vəfat edib - FOTO

SSRİ xalq artisti Lyudmila Kasatkina vəfat edib - <font color=red>FOTO</font>
# 22 fevral 2012 16:51 (UTC +04:00)
Aktrisa həyat yoldaşı Sergey Kolosovun vəfatından sonra cəmi 10 gün yaşaya bilib

Bakı. Ülkər Rəşidqızı - APA. Sovet kinosu və teatrının görkəmli aktrisası Lyudmila Kasatkina vəfat edib. APA-nın Rusiya KİV-nə istinadən xəbərinə görə, aktrisa ömrünün son günlərində ağır xəstəliklə mübarizə aparıb və bu gün 87 yaşında Moskvada dünyasını dəyişib.

Səhhəti ilə əlaqədar fevralın 15-də 50 illik həyat yoldaşı, görkəmli rejissor Sergey Kolosovun vida mərasiminə qatıla bilməyən Lyudmila Kasatkinanın aktrisalıq karyerasının mühüm hissəsi məhz Sergey Kolosovun filmləri ilə bağlıdır. O, özünün ən yaxşı rollarını məhz bu rejissorun filmlərində oynayıb. 1964-cü ildə isə “Odu üzərimizə çağırırıq” teleserialında geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Aktrisa teatr səhnəsində də yaddaqalan obrazlar yaradıb. Debütünü 1954-cü ildə “Pələnglərin əhilləşdiricisi” filmində edən L.Kasatkina daha sonralar “Böyük dəyişiklik”, “Sirkin şahzadəsi”, “Şəkər”, “Trest əməliyyatı” və digər filmlərdə çəkilib. Aktrisa bir sıra cizgi filmlərində müxtəlif personajları səsləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR