Azərbaycanda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Daimi Komitəsinin iclası keçiriləcək

Azərbaycanda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Daimi Komitəsinin iclası keçiriləcək
# 06 fevral 2012 13:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu ilin iyun ayında Azərbaycanda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) Daimi Komitəsinin iclası keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev YAP-ın saytına müsahibəsində məlumat verib. A. Hacıyev bu ilin noyabrın ayında İCAPP-ın Baş Assambleyasının Bakıda keçiriləcəyini də söyləyib: “Bu tədbirdə Asiyanın ən aparıcı partiyalarının nümayəndələri, 400-500 siyasi xadim iştirak edəcək. Eləcə də, tədbirə Avropanın nüfuzlu təşkilatlarından da nümayəndələr dəvət olunacaq”.

A. Hacıyev bildirib ki, bu il YAP-la Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur: “Qarşı tərəf YAP nümayəndələrini Vyetnama dəvət edib və bu səfər çərçivəsində sənəd imzalanacaq. Yəqin ki, 2012-ci il ərzində bu səfər baş tutacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR