Bank Of Baku

Demokratik Jurnalistlər Liqası: “Biz belə sorğu keçirməmişik”

Demokratik Jurnalistlər Liqası: “Biz belə sorğu keçirməmişik”
# 19 avqust 2013 16:34 (UTC +04:00)

Bakı-APA. Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli bəyanatla çıxış edib. DJL-dən APA-ya daxil olan bəyanatda bildirilib ki, bu gün “ADAM” sosioloji xidməti tərəfindən keçirilmiş “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” mövzusunda sosioloji sorğunun nəticələri ictimaiyyətə açıqlanıb: “Tədbirdə həmçinin qeyd olunub ki, sorğu “Demokratik Jurnalistlər Liqası” təşkilatının həyata keçirdiyi “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” layihəsi çərçivəsində keçirilib. DJL belə bir sorğu keçirməyib və DJL adından cəmiyyətə açıqlanan nəticələr real faktlara söykənmir, saxtadır”.

Bəyanatda bildirilib ki, DJL QHT Əməkdaşlıq Alyansında təmsil olunur və DJL-nin rəhbəri Şuranın üç həmsədrindən biridir: ”Alyans ötən ilin oktyabrından etibarən bu il ölkəmizdə baş tutacaq prezident seçkiləri ilə bağlı tədbirlər keçirir. Tədbirlər çərçivəsində Liqa tərəfindən monitorinqlər də həyata keçirilib. Siyasi partiyaların imkanları, seçki mühiti ilə bağlı keçirilən monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanıb. DJL QHT Əməkdaşlıq Alyansı tərəfindən keçirilən monitorinqləri dəstəkləyir”.

Y. Məmmədlinin yaydığı bəyanatda o da qeyd olunub ki, həmin monitorinqlərin nəticəsinə görə Yeni Azərbaycan Partiyasının reytinqi və resursları digər partiyalardan dəfələrlə üstündür: ““ADAM” sosioloji xidməti tərəfindən keçirilmiş sorğuda DJL-nin və QHT Əməkdaşlıq Alyansının adlarının hallandırılması qeyd olunan təşkilatlara qarşı bir qərəzdir. İstər DJL, istərsə də QHT Əməkdaşlıq Təşkilatı “ADAM” sosioloji xidmətin keçirdiyi sorğunun nəticələrini qətiyyətlə rədd edir. “ADAM” sosioloji xidməti əgər təkzib etməsə ki, bu sorğunun DJL və QHT Əməkdaşlıq Təşkilatına heç bir aidiyyatı yoxdur, o zaman bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR