Bank Of Baku

İDEA kampaniyası APA-nı təbrik edib

İDEA kampaniyası APA-nı təbrik edib
# 15 noyabr 2013 11:35 (UTC +04:00)

Bakı - APA. İDEA kampaniyası APA İnformasiya Agentliyini 9 illiyi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, İDEA kampaniyasından göndərilən təbrik məktubunda deyilir: “Artıq  9 ildir beynəlxalq səviyyədə fəaliyyət göstərən və regionda öz layiqli yerini tutan APA İnformasiya Agentliyi online informasiya xidməti ilə bağlı həyata keçirdiyi yeniliklərlə media sahəsində özünəməxsus dəsti-xəttə malik təşkilatlar sırasındadır: “Beynəlxalq reytinq cədvəllərində Azərbaycanın ən çox istinad edilən və ətrafına çoxsaylı oxucu kütləsini cəm etmiş informasiya agentliyi olaraq tanınması APA-nın media şirkəti olaraq uğurlu fəaliyyətinin təcəssümüdür. Çox sevindirici haldır ki, APA İnformasiya Agentliyi informasiya təminatı işini bir neçə dildə, çox yüksək səviyyədə, nəinki ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda həyata keçirir. Daim dəqiq və qərəzsiz informasiya xidməti ilə seçilən, dünyada, xüsusilə, Cənubi Qafqazda baş verən önəmli hadisələri işıqlandıran, beynəlxalq arenada özünə layiqli yer tutmuş APA Agentliyinin 9 illik fəaliyyətinin tamam olması münasibəti ilə bütün işçi heyətinizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə bol-bol uğur və müvəffəqiyyət arzu edirik. Agentliyin öz işini daha da genişləndirməsi, tutduğu mövqe və yeritdiyi strategiya nəticəsində nəinki Azərbaycanda, eləcə də dünya miqyasında özünə layiqli imic qazanmasını və artan uğurlarının sırasına yenilərinin və daha böyüklərinin yazılmasını arzulayırıq. İDEA kampaniyası olaraq APA İnformasiya Agentliyinin fəaliyyətimiz üzərində olan diqqəti, yerindən və zamanından asılı olmayaraq tədbirlərimizi işıqlandırması, kampaniyamız ilə ictimaiyyət arasında körpü yaratması kimi təqdirəlayiq addımlarınızı çox yüksək qiymətləndirir, işçi heyətimiz tərəfindən sizə və bütün kollektivinizə dərin təşəkkürümüzü bildiririk”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR