Oğurluqda təqsirləndirilən Türkiyə vətəndaşlarının apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Oğurluqda təqsirləndirilən Türkiyə vətəndaşlarının apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 10 oktyabr 2012 08:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşları Kenan Əzəl, Caner Korkmaz və Çengiz Korkmazın apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Korkmaz 8 il, K. Əzəl 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən C.Korkmazın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq etməklə 5 il 11 ay 28 gün müddətinə şərti cəza verilib, məhkəmə hökmünə görə, C. Korkmaz məhkəmə zalından azadlığa buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR