Bank Of Baku

Mətbuat Şurası və “Vergilər” qəzeti jurnalistlər üçün müsabiqə elan edib

Mətbuat Şurası və “Vergilər” qəzeti jurnalistlər üçün müsabiqə elan edib
# 29 aprel 2014 16:35 (UTC +04:00)

Bakı - APA. Mətbuat Şurası və Vergilər Nazirliyinin “Vergilər” qəzeti Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycanda vergi siyasəti” mövzusunda fərdi  jurnalist yazıları müsabiqəsi elan edib.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Mətbuat Şurasında müsabiqə çərçivəsində yazıların qəbuluna mayın 1-də başlanacaq və yazıların qəbulu üçün ayrılan müddət mayın 31-də bitəcək.

Müsabiqənin nəticələri iyunun 10-dək açıqlanacaq. Qaliblər pul mükafatı (I yer (3) - 800 manat, II yer (3) - 500 manat, III yer (3) - 300 manat) ilə mükafatlandırılacaqlar. Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, televiziya və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR