Bank Of Baku

MŞ-nın «qaynar xətt»inə seçki prosesini işıqlandıran bir jurnalist müraciət edib

MŞ-nın «qaynar xətt»inə seçki prosesini işıqlandıran bir jurnalist müraciət edib
# 09 oktyabr 2013 14:35 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Mətbuat Şurasının prezident seçkisini izləyən monitorinq qrupunun üzvləri media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar. Şuradan APA-ya verilən məlumata görə, onların müşahidələrinə əsasən, yerli və xarici KİV əməkdaşlarına prosesi işıqlandırmalarına hər cür şərait yaradılıb.

 

Bu gün saat 16.00-dək MŞ-nın «qaynar xətt»inə prosesi işıqlandıran bir jurnalist - «Ayna-Zerkalo» qəzetinin əməkdaşı Cəsur Məmmədov müraciət edib. MŞ Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaratdıqdan sonra yaranan anlaşılmazlıq aradan qaldırılıb.

 

Bundan başqa MŞ sədrinin müavini Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvləri – “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Feyziyev Nəsimi, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Şirvan, Hacıqabul və Salyan, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqlərində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyəti ilə tanış olublar. Bununla bağlı hər hansı neqativ cəhət qeydə alınmayıb.

 

Qeyd edək ki, prezident seçkisi ilə əlaqədar olaraq Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərir. Səsverməyə start verildiyi andan Şuranın (012) 441 35 96 və (055) 201 99 26 telefon nömrələri “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Məqsəd seçki prosesini işıqlandıracaq jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə dəstək olmaq, mövcud istiqamətdə yarana biləcək problemlərin operativ aradan qaldırılmasını təmin etməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR