Bakı-APA. “Televiziyada milli dəyərlər alver predmeti olmamalıdır”
“Televiziya cəmiyyətin güzgüsüdür. Cəmiyyətin problemləri həm də televiziyanın problemləridir. İnsanların zövqü, baxışları, dünyagörüşündən irəli gələn fərqlər televiziyanın problemi sayılır. Televiziya mümkün olduğu qədər bütün rəyləri təmin etməyə çalışmalıdır”. Bu fikirləri APA TV-də yayımlanan “Manşet” proqramının qonağı, Milli Teleradio Şurasının sədr müavini, əməkdar jurnalist, tarix elmləri doktoru professor Qafar Cəbiyev deyib.
Monitorinq məqsədilə günün 15-16 saatını televiziya verilişlərinə baxan qonaq telekanalların problemlərindən danışıb: “Televiziya texniki səbəblərdən, operativlikdən, hadisələrə fərqli münasibətdən yaranan problemlərlə də üzləşir. Verilişlərə dəvət olunan ekspertlərin efirdən səsləndirdiyi fikir onun şəxsi, subyektiv mövqeyidir. Lakin tamaşaçı bunu televiziyanın mövqeyi kimi qəbul edir. Yaxud nümayiş olunan verilişlər tamaşaçıların bir qisminin xoşuna gəlməyə bilər. Lakin həmin verilişlər kanala reytinq gətirir, bu isə o deməkdir ki, onun tamaşaçısı var. Kimin nə düşündüyündən asılı olmayaraq, televiziyanın əsas hədəfi maarifçilik olmalıdır”.
Qonaq son vaxtlar müzakirə mövzusu olan milli televiziya məsələsinə də aydınlıq gətirib: “Televiziya niyə də milli olmasın ki? Televiziyanın milli olması çox önəmli göstəricidir. Burada milli sözü ilə millətçilik ifadəsini qarışdırmaq olmaz”.
Qafar Cəbiyev müasir reytinq hesablanmasının optimal və obyektiv dəyərləndirmə olmadığını bildirib: “Hal-hazırda reytinqlərin ölçülməsi üsulunu kamil və optimal hesab etmək olmaz. Bütün Azərbaycanda 400-500 evdə belə qurğuların qurulması və buna əsasən bütün respublika barədə ümumi fikir yürütmək nisbi məsələdir. Bu, mütləq həqiqət ola bilməz. Bundan əlavə, həmin seçimlərin necə yerlərdə aparılması, əhalinin hansı kateqoriyasına yönəlməsi də mübahisəlidir. O verilişdə ki qalmaqal var, qarşılıqlı ittiham var, söyüşmə var, adamlar o verilişlərə daha çox baxırlar. Bu, cəmiyyətin təzadlarıdır”.
Əməkdar jurnalist televiziyada dil qaydalarının pozulmasının səbəbləri barədə də danışıb: “Sovet dövründə qəzet, jurnal, telekanal az idi, onlara nəzarət etmək də asan idi. İndi isə bunların sayı çoxdur. Bir şey çoxalanda keyfiyyət aşağı düşür. Hazırda KİV sahəsində ümumilikdə təxminən 10 minə yaxın insan çalışır. Əvvəl bir televiziyada 50 peşəkar cəmləşmişdi və televiziyanın ana xəttini onlar müəyyənləşdirirdi. İndi hər televiziyada 3-5 peşəkar ancaq tapılar. Onlarla qeyri-peşəkarın içərisinə 3-5 peşəkar düşəndə, əks proses gedir. Tədricən o peşəkar da işlərə qeyri-ciddi yanaşmağa başlayır. Bunun qarşısını almaq üçün Azərbaycanda ali məktəblərin nəzdində televiziya kadrlarının yetişdirilməsinə ciddi ehtiyac var. Bunun üçün peşəkar aparıcılar, operatorlar, rejissorlar, montajçılar lazımdır. Bu məsələdə telekanallar təşəbbüskar olmadır”.
MTRŞ sədrinin müavini televiziyalarda proqram siyasətinin düzgün aparılmadığını, dil qaydalarına riayət olunmadığını təəssüflə qeyd edib: “Mən də tamaşaçı kimi televiziyalardakı uyğunsuzluqları görürəm və daha yaxşı olmasını arzu edirəm. Lakin MTRŞ bu məsələlərə müdaxilə etmək səlahiyyətinə malik deyil. Təəssüf ki, cəmiyyət bizdən çox şey umur. Lakin qanuna görə biz kanalın proqram siyasətinə, yaradıcılıq prosesinə qarışa bilmərik. Biz yalnız müəyyən tələblər pozulanda müdaxilə edə bilərik. Verilişin keyfiyyətli və ya baxımlı olub-olmamasına qərar vermək tamaşaçının əlindəki pultdan asılıdır. Azərbaycan Respublikasının Televiziya və Radio Yayımı haqqında qanunu Avropanın ən liberal qanunudur. Məsələn, Türkiyədə RTÜK qaydaları pozan proqramı bağlamaq səlahiyyətinə malikdir. Lakin MTRŞ bunu edə bilməz. Ən son həddə biz hər hansı proqramda qaydaların pozulmasına görə məhkəməyə müraciət edə bilərik. Burada da son qərar məhkəmənindir. Əlbəttə, bunu deməklə mən Şura üçün ayrıca səlahiyyətlər ummuram. Əgər televiziyada milli, irqi, dini ayrı-seçkiliklə bağlı çağırışlar olarsa, aparıcı Azərbaycan dilinə hörmətsizlik edərsə, dərhal müdaxilə edə bilərik. Yeganə təsəllimiz odur ki, Azərbaycanda tamaşaçının seçim imkanları çoxdur”.
Qafar Cəbiyev Azərbaycan dilinin qorunması üçün televiziyanın görməli olduğu işlərdən danışıb: “Azərbaycan dili ilə bağlı televiziyanın üstünə böyük məsuliyyət düşür. Televiziyada aparıcı başda olmaqla, bütün yaradıcı heyət ana dilində mükəmməl, səhvsiz, savadlı, başqa dillərə müraciət etmədən, ədəbi dildə danışmalıdır. Mən hələ verilişlərə dəvət olunan ekspertləri demirəm. Lakin bu, televiziyanın fəaliyyətinin bir tərəfidir. Televiziya öz işini keyfiyyətsiz görənləri, məsələn, asfaltı yaxşı çəkməyənləri, tikintidə qüsura yol verənləri tənqid etdiyi kimi, dillə bağlı da bu işə davam etməlidir. Görün, Bakının küçələrində nə qədər əcnəbi dillərdə olan reklam lövhələri var. Elə idarələr, müəssisələr var ki, onların dəhlizlərinə girəndə özünü Azərbaycanda hiss etmirsən. Sanki başqa bir ölkədəsən. Televiziya bu məsələləri ictimailəşdirməli, qınaq obyektinə çevirməlidir. Təəssüf ki, bizim telekanallar bu məsələnin üstünə lazımi dərəcədə düşmürlər. Eləcə də elmin, tarixin təbliği təkcə universitetlərdə olmamalıdır. Televiziya elmin təbliğinə ciddi fikir verməlidir”.
Yeni çəkilən seriallardan bir tamaşaçı kimi razı qalmadığını deyən qonaq bu istiqamətdə görülən işlərdən danışıb: “Serialların çəkilməsi üçün Prezidentin sərəncamı ilə büdcədən vəsait ayrılması çox yaxşı addımdır. Hazırda dünyanın heç bir ölkəsində dövlət serial çəkilişi üçün telekanala vəsait vermir. Lakin bizdə özəl kanallara bu iş üçün ilk dəfə 5 milyon manat, ikinci dəfə isə 6 milyon manat büdcə ayrıldı. Bu isə Azərbaycan mənəviyyatının korlanmasına xidmət edən xarici serialların nümayişinin dayandırılması ilə bağlıdır. 24 saat efiri təmin etmək çətin işdir. Düzdür, çəkilən serialların çoxu bir tamaşaçı kimi məni də qane etmir. Lakin etiraf edək ki, tədricən fərq hiss olunmağa başlayır. Artıq yaxşı filmlər ortaya çıxır”.
Qonaq telekanalların xəbər siyasəti məsələsinə də aydınlıq gətirib: “Son vaxtlar televiziyalarda bəd xəbərlərə aludəçilik var. Məncə, cəmiyyət üçün əhəmiyyət kəsb etməyən xəbəri hay-küylə təqdim etməyə ehtiyac yoxdur. Ən pisi də odur ki, axşam “Ana xəbər” buraxılışını izləyəndə görürsən ki, bütün kanallarda eyni şey gedir. Xəbərlərdə rəngarənglik, çeviklik yoxdur”.
Qafar Cəbiyev uşaq verilişlərinin və cizgi filmlərinin az olduğunu xoşagəlməz hal kimi qiymətləndirib: “Hazırda həm ərazi baxımından, həm potensial baxımdan Azərbaycanla eyni səviyyədə olan, hətta bizdən çox əvvəl müstəqillik qazanan dövlətlərin çoxunda konkret sahə kanalları yoxdur. Ən ağrılı məsələ odur ki, bu gün uşaqlar üçün verilişlər, cizgi filmləri azdır. Cəmi bir həftə nümayiş olunacaq qədər cizgi filmimiz var. Yeni filmlər çəkmək üçün isə lazımi baza və kadrlar çatışmır. Bunun üçün xaricdən mütəxəssislər dəvət olunmalı, avadanlıq alınmalı, xüsusi kurslar təşkil olunmalıdır. Hələ nəticə əldə olunmasa da, MTRŞ hal-hazırda bu məsələ ilə məşğuldur”.
“Artıq çox şeyin bazar tərəfindən tənzimləndiyi dövrdəyik. Televiziyada elə verilişlər hazırlamalıdır ki, onun tamaşaçısı olsun” - deyən professor reklam gətirməyən elmi-maarifləndirici verilişlərin hazırlanmasının vacibliyini vurğulayıb: “Reytinqli verilişlərdə yerləşdirilən reklamların dəyəri olur. Lakin elə verilişlər də var ki, heç kəs onlara reklam vermək istəmir. Televiziya bununla ayaqlaşmaq məcburiyyətindədir. Amma unutmaq olmaz ki, hər şeydən qazanc götürmək olmaz. Vətənlə, tarixlə, milli dəyərlərlə bağlı heç nə alver predmeti olmamalıdır. Bu məqamda hamı xərcləməyə hazır olmalıdır. Bu tarixi təbliğ etmək üçün heç kəs pul ummamalıdır. Televiziya cəmiyyətin dalınca getməməlidir, o, cəmiyyəti öz arxasınca aparmalıdır”.
Söhbətin sonunda Qafar Cəbiyev internet medianın perspektivlərindən də danışıb: “Hazırda internet dünyaya nəzarət edir, ona heç kəs nəzarət edə bilmir. İnternet şüşədən çıxmış cin kimidir. Onun təhlükəli tərəfləri də var, lakin artıq internetsiz yaşamaq mümkün deyil. Hətta dünyanın ən demokratik dövlətlərində belə, internet üzərində nəzarət üsulları müzakirə mövzusudur. Lakin bu iş də peşəkarlıq tələb edir. Hal-hazırda APA Azərbaycanın informasiya məkanında fəaliyyət göstərən qurumların simasıdır. Mən heç vaxt APA-nın fəaliyyətində qeyri-peşəkarlığa rast gəlməmişəm. Arzu edirəm ki, o, qazandığı reytinqi həmişə qoruyub saxlasın”.
MTRŞ sədrinin müavini Qafar Cəbiyev: “Hər telekanalda 3-5 peşəkar ancaq tapılar” - VİDEO
Media
Lent.az-ın 18 yaşı tamam olur
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
MEDİA: Bəzi saytlarda DİM-in məlumatları şişirdilmiş başlıqlarla verilib, bu, qəbuledilməzdir
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
Xəbər Lenti
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb