Bank Of Baku

Nazir postuna namizəd göstərilən azərbaycanlı Gürcüstan İTV-də vəzifəyə təyin olunub - FOTO

Nazir postuna namizəd göstərilən azərbaycanlı Gürcüstan İTV-də vəzifəyə təyin olunub - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 07:12 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın baş naziri Bidzina İvanişvilinin nazir vəzifəsinə təyin etmək istədiyi Ramilə Əliyeva bu ölkənin İctimai Televiziyasının “Moambe” (Xəbərlər) proqramında Azərbaycan redaksiyasına diktor vəzifəsinə təyin olunub.

 

Ramilə Əliyeva APA-nın Gürcüstan bürosuna açıqlamasında artıq bu vəzifədə fəaliyyətə başladığını deyib: “Öz işimi daha da mükəmməl öyrənəcəyəm və təcrübəli olmağa çalışacağam”.

 

Qeyd edək ki, Ramilə Əliyeva “Dialoq və İnkişaf Fondu” adlı qeyri-hökumət təşkilatının sədridir. O, bundan əvvəl də Gürcüstan İTV-də çalışıb.

 

Xatırladaq ki, bir müddət əvvəl Gürcüstanın energetika naziri Kaxa Kaladzenin prezidentliyə namizəd olacağı, Ramilə Əliyevanın isə onun yerinə nazir vəzifəsinə tətin olunacağı barədə məlumatlar yayılmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR