Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Reklam qanunvericiliyinin pozulması nisbətən azalsa da, hələ də tam aradan qalxmayıb”

Nuşirəvan Məhərrəmli: “Reklam qanunvericiliyinin pozulması nisbətən azalsa da, hələ də tam aradan qalxmayıb”
# 07 mart 2014 09:30 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Sponsor adı altında reklam verilməsi, gizli reklamın geniş yayılması ilə bağlı monitorinqlərimiz davam edir və monitorinqlərin nəticələri müzakirə olunur”.

 

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

 

N.Məhərrəmli bildirib ki, sözügedən məsələ ilə bağlı MTRŞ-ın gördüyü tədbirlər müəyyən nəticə verib: “Əvvəlki qanun pozuntuları nisbətən azalsa da, hələ də tam aradan götürülməyib. Hazırda televiziya kanallarında sponsorların adlarının çəkilməsində, onların reklam kimi verilməsində müəyyən müsbət dəyişikliklər var. Ümumiyyətlə, televiziya kanallarında “Reklam haqqında” qanunun təkcə gizli reklamla bağlı olan maddəsi deyil, bir çox digər maddələrin pozulması halları da baş verir”.

 

N.Məhərrəmli qeyd edib ki, MTRŞ-ın özəl kanallarda yaradılan Bədii Şuraların fəaliyyətinə qarışmağa səlahiyyəti yoxdur: “Onlar özəl kanallardır və Bədii Şura yaratdılar. Lakin yaradılan Bədii Şuraların yaranma mexanizmi göstərilməyib. Bizim onlara yalnız Bədii Şura yaratmaq üçün tövsiyələrimiz olmuşdu. Bildirmişdik ki, mütəxəssislərdən ibarət heyət seçin. Onlar isə yaradıcı, rəhbərlikdə çalışan insanlardan ibarət heyət təşkil edib bizə siyahı göndəriblər. Qanuni baxımdan guya ki, Bədii Şura yaradıblar. Amma praktik baxımdan həmin Bədii Şuraların fəaliyyəti görünmür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR