Azərbaycan paytaxtında 69 yaşlı qadın yaşadığı evdə boğularaq qətlə yetirilib

Azərbaycan paytaxtında 69 yaşlı qadın yaşadığı evdə boğularaq qətlə yetirilib
# 18 oktyabr 2012 07:02 (UTC +04:00)
Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1943-cü il təvəllüdlü Kərimova Vera İvanovnanın boğularaq qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR