Bank Of Baku

Prezident Administrasiyasının şöbə müdiri: “Azərbaycanda mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artıb”

Prezident Administrasiyasının şöbə müdiri: “Azərbaycanda mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artıb”
# 07 may 2014 14:57 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda müstəqillik illərində mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artıb. Hazırda 23 mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir”.

 

APA-nın verdiyi məlumata görə, bu, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə yer alıb.

 

Ə.Həsənov bildirib ki, Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçib, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərinin hüquqlarının müdafiəsi, KİV-in informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. O, 2014-cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçidin başa çatacağının gözləndiyini də qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR