APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, təkcə Gəncədə fəaliyyət göstərən “Kəpəz” radiosu respublika yayımçısıdır: “Kəpəz” radiosu istisna olmaqla, fəaliyyət göstərən digər radiolarda bu imkan yoxdur. Bakıdan bir az uzaqlaşan kimi, radioların dalğası itir”.
Q. Cəbiyevin sözlərinə görə, bu gün təkcə telekanalların yox, radioların da rəqəmsal yayıma keçirilməsi gündəmdədir. Yaxın vaxtlarda radio kanallarının da rəqəmsal yayıma keçirilməsi məsələsini müzakirə edəcəyik”.
MTRŞ rəsmisi onu bildirib ki, son dövrlər radio dinləyicilərinin sayı artmaqdadır.