Bakı. Cavid Zeynalov-APA. Mədəniyyət və Turizm Nazirliyi ilə Yaponiyanın "İshii Brothers" şirkəti arasında əməkdaşlıq çərçivəsində yapon jurnalistləri Azərbaycanın turizm imkanlarına həsr olunmuş bir saatlıq televiziya proqramı hazırlayıblar. APA-nın məlumatına görə, televiziya proqramı avqust ayında Yaponiyanın "Sky Perfect TV" kanalında nümayiş olunub.
Sözügedən proqram sentyabr ayı ərzində Yaponiyanın ən məşhur telekanallarından biri olan "Niconiko Doga"da və internet televiziyalarında da yayımlanacaq.
Qeyd edək ki, "İshii Brothers" şirkəti ilə əməkdaşlığın davamı olaraq, yapon dilində Azərbaycana dair bələdçi kitabının hazırlanması işlərinə başlanılıb.