“Böyük Dəbilqə” turnirinə yollanan Azərbaycan yığmasının heyəti açıqlanıb

“Böyük Dəbilqə” turnirinə yollanan Azərbaycan yığmasının heyəti açıqlanıb
# 01 dekabr 2014 14:11 (UTC +04:00)

Bakı – APA. Dekabrın 5-də Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük Dəbilqə” yarışı start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq. Komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov artıq turnirdə güvənəcəyi yetirmələrinin adlarını açıqlayıb. Təcrübəli mütəxəssis “Böyük Dəbilqə”də 14 idmançıya şans verəcək. Belə ki, kişilərin yarışında Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Vüqar Şirinli (66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Məhəmmədəli Mehdiyev, Abdulhaqq Rəsullu (hər ikisi 81), Ramin Qurbanov, Firudin Dadaşov (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) ilə Kifayət Qasımova (57 kq) güclərini yoxlayacaqlar. Qeyd edək ki, yarışa ümumilikdə 72 ölkədən 515 (318 kişi, 197 qadın) cüdoçu sifariş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR