DQMK yeni müsabiqəyə vakant yerləri təqdim edən dövlət orqanlarının adlarını açıqlayıb

DQMK yeni müsabiqəyə vakant yerləri təqdim edən dövlət orqanlarının adlarını açıqlayıb
# 28 oktyabr 2015 08:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə vakant vəzifələri təqdim edən dövlət orqanlarının adları açıqlanıb.

DQMK-dan APA-ya verilən xəbərə görə, müsabiqədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (vakansiya sayı – 5), Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (vakansiya sayı – 1) , Dövlət Sosial Müdafiə Fondu (vakansiya sayı – 85), Sumqayıt Apellyasiya Məhkəməsi (vakansiya sayı – 1) və Bakı şəhər Nəsimi Rayon Məhkəməsi (vakansiya sayı – 1) tərəfindən ümumilikdə 93 vakant yer təqdim olunub.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR