“DəmirBank”ın Xətai filialının yeni ofisi açılıb - FOTOSESSİYA

“DəmirBank”ın  Xətai filialının yeni ofisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 19 noyabr 2015 14:57 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “DəmirBank” Xətai filialının yeni ofisinin rəsmi açılış mərasimini keçirib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, açılış mərasimində bank rəhbərliyi, filial əməkdaşları və bankın müştəriləri iştirak ediblər.

Tədbirdə çıxış edən “DəmirBank”ın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib ki, bu gün “DəmirBank” dinamik inkişafı ilə ölkənin aparıcı banklarından birinə çevrilib. “Fəaliyyət göstərdiyi illər ərzində “DəmirBank” yeni layihələr həyata keçirməklə, sahibkarlığa dəstək olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan verir və ölkə üçün önəmli olan qeyri-neft sektorunun inkişafında yaxından iştirak edir. Son bir il ərzində bankın 7 filialı müştərilər üçün daha rahat olan müasir dizaynda təmir olunmuş yeni ofislərə köçürülüb. Filial şəbəkəmizin yenilənməsi, modernizasiyası prosesi digər filiallarda da davam etdiriləcək”, - deyə R. Əmircanov bildirib.

Məzahir Rüstəmov küçəsi, 144 ünvanında yerləşən Xətai filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Xatırladaq ki, hazırda “DəmirBank”ın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR