Teatr-konsert müəssisələrinin ictimaiyyətlə əlaqələrlə məşğul olan əməkdaşları ilə görüş keçirilib

Teatr-konsert müəssisələrinin ictimaiyyətlə əlaqələrlə məşğul olan əməkdaşları ilə görüş keçirilib
# 06 oktyabr 2015 15:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mirzə Fətəli Axundov adına Milli Kitabxanada teatr-konsert müəssisələrinin mətbuat xidməti və ədəbi dram hissə müdirləri, ictimaiyyətlə əlaqələrlə məşğul olan əməkdaşları ilə görüş keçirilib.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov teatr-konsert müəssisələrinin mətbu orqanlarla sıx əməkdaşlığının, yaradıcı fəaliyyətin KİV-də operativ işıqlandırılmasının zəruriliyini vurğulayıb.

Bildirilib ki, yaxın vaxtlarda nazirliyin saytının yeni versiyası təqdim olunacaq və bundan sonra saytda nazirliyin strukturunda olan müəssisələrin təbliği işi daha da operativ və geniş formada həyata keçiriləcək.

Görüşdə qeyd olunub ki, teatr-konsert müəssisələri piar məsələsini bir sıra hallarda diqqətdən kənarda saxlayırlar.

Elektron informasiya resurslarında təbliğat məsələsini xüsusi qeyd edən şöbə müdiri teatr-konsert müəssisələrinin mətbuata, ictimaiyyətlə əlaqələrə məsul şəxslərini bu istiqamətə diqqət yeritməyə, sosial şəbəkələrdə təbliğat, informasiya paylaşmaq və müzakirələrdə daha aktiv olmağa çağırıb.

Şöbənin informasiya, elektron media və resurslarla iş şöbəsinin müdiri Zöhrə Əliyeva, ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov çıxış edərək mətbuat və televiziya ilə əlaqələrin xüsusiyyətlərindən, operativ məlumatların sistemli olaraq KİV-də işıqlandırılmasından söz açıblar.

Görüşdə teatr-konsert müəssisələrinin mətbuatla əlaqəli şəxslərinin fikirləri dinlənilib, rəy və təklifləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR