Gürcüstanda 87 MVt gücündə su elektrik stansiyası istifadəyə verilib - FOTOSESSİYA

Gürcüstanda 87 MVt gücündə su elektrik stansiyası istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 oktyabr 2014 18:58 (UTC +04:00)

Gürcüstaan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda son 35 ildə ilk dəfə olaraq güclü su elektrik stansiyası (HES) istifadəyə verilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tikiliyə Türkiyənin "Anadollu Qrup" şirkəti tərəfindən 200 mln dollar investisiya yatırılıb və bu HES 87 MVt gücə malik stansiyadır.


Stansiyanın açılış mərasimində Gürcüstanın baş naziri İrakli Qaribaşvili, baş nazirin müavini, energetika naziri Kaxa Kaladze, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız çıxış ediblər. Tədbirdə Gürcüstan və Türkiyənin rəsmi şəxsləri iştirak edib.


Açılışda çıxış edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili Paravan HES-in istifadəyə verilməsini Gürcüstan və Türkiyə ölkələrinin sıx əməkdaşlığına bir daha nümunə olduğunu bildirib: "Bu, son 35 ildə Gürcüstanda tikilən ən güclü stansiyadır. Tikiliyə 200 mln dollar investisiya yatırılıb. HES ildə 410 mln kilovat saat elektrik enerji istehsal edəcək, bu isə Gürcüstanın enerji sektorunda irəliləyiş deməkdir", deyə baş nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR