Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan aşıqlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamla Azərbaycanda aşıq sənətinin inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:
Axundov Umbay Sadıq oğlu
Allahverdiyev Əhliman Məhəmməd oğlu
Balasiyev Həşim Səftər oğlu
Əliyev Fətulla Əbdüləzim oğlu
Kosayeva Solmaz Qorçu qızı
Musayev Xanmusa Musaxan oğlu.