Natiq Əmirov: “Vergilər Nazirliyi 2015-ci il üzrə 7 milyard 112 milyon manat büdcə proqnozunu tamamilə yerinə yetirəcək”

Natiq Əmirov: “Vergilər Nazirliyi 2015-ci il üzrə 7 milyard 112 milyon manat büdcə proqnozunu tamamilə yerinə yetirəcək”
# 17 noyabr 2015 14:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayının 1-nə vergi borcları 1 mlrd. 368 mln. manat təşkil edib ki, bunun 444 mln. manatı dövlət müəssisələrinin, 497 mln. manatı isə özəl sektorun payına düşüb.

APA-Economics”in məlumatına görə, bunu vergilər nazirinin müavini Natiq Əmirov bu gün Vergilər Nazirliyinin fəaliyyətinin 10 aylıq nəticələri ilə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir müavini bildirib ki, vergi borclarının alınması üçün Vergilər Nazirliyində struktur islahatları aparılıb və vergi borclarının alınması üçün görüşlərin daha üst səviyyədə təşkil edilməsi məqsədilə yeni yaradılmış struktur müvafiq kadrlarla komplektləşdirilib.

“Qarşıda 2015-ci ilin 2 ayı durur. Ən çətin dövr geridə qalıb. Çünki, bizim neft konsorsiumlarının nə qədər kəsirlə büdcəyə ödəniş edəcəkləri çox narahat edirdi. Konsorsiumlar vergini ilin sonuna yaxın ödəyirlər. Neft konsorsiumlarının büdcəyə ödəyəcəkləri mənfəət vergisi proqnozu 800 milyon manat idi. Lakin neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq ödəniş 696 milyon manat oldu. Çox şükür ki, bu kəsir 104 milyon manat təşkil etdi. Yaxşı ki, qeyri-neft sektorunun inkişafı bu sahədə olan vergilərin yığımında olan artım həmin kəsrləri bağlamağa və dövlət büdcəsinin Vergilər Nazirliyinin xətti ilə nəzərdə tutulan gəlirlərinin tam şəkildə icra olunmasına şərait yaradıb. Ümidvaram ki, qarşıda duran 2 ay ərzində də Vergilər Nazirliyi öz üzərinə düşən vəzifəni yerinə yetirəcək. Vergilər Nazirliyi 2015-ci il üzrə 7 milyard 112 milyon manat büdcə proqnozunu tamamilə yerinə yetirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR