Bakıda baş verən yol qəzasında ailə üzvünü itirən şəxsə kompensasiya ödənilib

Bakıda baş verən yol qəzasında ailə üzvünü itirən şəxsə kompensasiya ödənilib
# 06 oktyabr 2015 14:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, büro tərəfindən 2013-cü il noyabrın 12-də saat 23:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan vətəndaşına 4 150 manat məbləğində kompensasiya ödənişi poçt vasitəsi ilə 6 oktyabr 2015-ci il tarixində köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR