Kəskin azalmadan sonra neftin qiyməti reabilitasiya olunur
08 iyul 2016 05:12 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya bazarında neft bahalaşır.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,42 dollar artaraq 45,56 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,49 dollar artaraq 46,89 dollar olub.
Qeyd edlk ki, ötən gün hər iki markadan olan neft təxminən 4,5% ucuzlaşıb. Buna səbəb ABŞ-da həftə ərzində ehtiyatların 2,2 mln. barrel azalmasıdır ki, bu da proqnozlaşdırılandan üçqat (6,7 mln. barrel) az olub. Lakin treyderlərin fikrincə bazarın bu xəbərə reaksiyası çox kəskin olub və bundan sonra neftin qiymətində artım müşahidə olunur.
Birja
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
09:30
30 aprel 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:26
30 aprel 2024
ABŞ-da “NFP” və FED-in faiz qərarı investorların diqqət mərkəzində - “InvestAZ”dan həftəlik analiz
11:47
29 aprel 2024
Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
09:49
29 aprel 2024