İrəvan Dövlət Azərbaycan Dram Teatrının təşəbbüsü ilə “Çanaqqala zəfəri” beynəlxalq layihəsi keçiriləcək

İrəvan Dövlət Azərbaycan Dram Teatrının təşəbbüsü ilə “Çanaqqala zəfəri” beynəlxalq layihəsi keçiriləcək
# 10 aprel 2015 13:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 17-dən 24-dək Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təşəbbüsü ilə “Çanaqqala zəfəri” beynəlxalq layihəsi həyata keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, layihə Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağı, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə birgə Çanaqqala qələbəsinin 100-cü ildönümü münasibətilə reallaşacaq.

Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin müəllifi olduğu layihə çərçivəsində konfrans və görüşlərin təşkili də nəzərdə tutulur. Tədbirlərə Dövlət Mahnı Teatrının səhnəsində İrəvan teatrının bu layihə üçün hazırladığı türk yazıçısı Dəmət Çizməlinin “Cümhuriyyətin ilk sədası” adlı tamaşaya baxışla yekun vurulacaq.

Tamaşaya gənc rejissor Nicat Mirzəzadə quruluş verib. Səhnə əsərində əsas rolları - Atatürkün obrazını Natiq Həziyev, Qarabəkir paşanı Əhliman Ərşadlı canlandıracaq. Digər rollarda isə əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR