“ExxonMobil” Rusiyadan ödədiyi gəlir vergilərinin geri qaytarılmasını tələb edib

“ExxonMobil” Rusiyadan ödədiyi gəlir vergilərinin geri qaytarılmasını tələb edib
# 18 mart 2015 08:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Söhbət on milyardlarla rubldan gedir. Bundan başqa, “Saxalin-1” layihəsinin operatoru və 30% səhmlərinə sahib olan şirkət gəlir vergisinin 35%-dən 20%-ə endirilməsini də istəyib.

Məsələ bu gün Rusiyanın maliyyə naziri Anton Siluanov, enerji naziri Aleksandr Novak, baş nazirin müavini Arkadi Dvorkoviç və “Rosneft”in prezidenti İqor Seçin ilə “ExxonMobil”ın prezidenti Reks Tillerson arasındakı görüşdə müzakirə olunacaq.

“ExxonMobil” 2009-cu ildən bəri “Saxalin-1” layihəsi üzrə 35%-dən gəlir vergisi ödəyib. Elə həmin il Rusiya üzrə ümumi gəlir vergisi 20%-ə endirilib. ABŞ şirkəti o vaxtdan verginin azaldılmasını tələb etsə də, çox israr etməyib, lakin Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra mövqeyini sərtləşdirib.

Rusiya şirkətin tələblərini qəbul etməzsə, “ExxonMobil” Stokholm arbitraj məhkəməsinə müraciət edərək on milyardlarla rubl həcmində iddia qaldıra bilər. ABŞ-ın sanksiyalarından sonra “ExxonMobil” 2014-cü ilin sentyabrında “Rosneft”lə bərabər Qara dəniz, Arktika və Qərbi Sibirdə həyata keçirilən birgə layihələrdən çıxıb. Şirkət bunun nəticəsində itkilərini 1 milyard dollar həcmində qiymətləndirib. Lakin sanksiyalar “Saxalin-1” layihəsinə şamil olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR