TRT-nin baş direktoru Bakıya ilk rəsmi səfərə gələcək

TRT-nin baş direktoru Bakıya ilk rəsmi səfərə gələcək
# 08 dekabr 2014 09:37 (UTC +04:00)

Bakı-APA. TRT-nin baş direktoru Şenol Göka dekabrın 11-də Bakıya ilk rəsmi səfərə gələcək.

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanın APA-ya verilən məlumata görə, Türkiyə - Azərbaycan Media əməkdaşlıq Proqramı (TAMEP) çərçivəsində reallaşacaq səfər çərçivəsində Bakıda keçiriləcək görüşlərdə iki ölkənin kütləvi informasiya vasitələri arasında əməkdaşlıq və bu iş birliyinin genişləndirilməsi mövzuları müzakirə olunacaq.

Şenol Göka, Beynəlxalq Mətbuat Mərkəzində təşkil ediləcək “Media qanunu, etika və hədəflər’’ mövzusunda toplantıda iştirak edəcək. TRT baş direktorunun Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşü planlaşdırılır.

Səfər çərçivəsində Şenol Gökanın Az.TV, İTV və digər kanalların rəhbərləri, Azərbaycan Mətbuat Şurasının sədri ilə də görüşləri olacaq.

Səfər dekabrın 13-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR